Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Ukrayna və Belçika milli komandaları arasındakı oyun başa çatıb.
Publika.az xəbər verir ki, E qrupu çərçivəsində Almaniyanın Ştutqart şəhərindəki "Mercedes-Benz Arena"da keçirilən qarşılaşmada qapılara qol vurulmayıb - 0:0.
Bununla da, hər iki komanda xallarını 4-ə çatdırsalar da, əlavə göstəricilərə görə, Belçika qrup ikincisi kimi "pley-off"a çıxıb. Ukrayna isə qrup sonuncusu olaraq turnirdəki çıxışını yekunlaşdıraraq evə qayıdır.
III turda Slovakiya və Rumıniya milli komandaları arasındakı oyun da yekunlaşıb.