AZ

Mağazanın içərisində məzar daşı: Görənlər dua edir

  Türkiyənin Bursa şəhərində tarixi Topxana səmtində bir binanın alt qatındakı mağazanın içərisindəki məzar daşı görənləri heyrətləndirir. Bu məzar daşını görənlər yaxınlaşır və dua edirlər. Mağaza sahibi də bu duruma təəccüb edir. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, məzarın Təkkəçi Sinan Əfəndiyə aid olduğu güman edilir. Həmin bölgədə bir çox yaşayış binasının alt qatında qəbirlər olduğu bildirilir. Qəbrin mənsub olduğu Təkkəçi Sinan Dədənin Osmanlı zamanında Topxanada məktəb tikdirərək illərlə tələbə yetişdirdiyi və 1800-cü illərdə burada yaşadığı təxmin edilir. 1903-cü ilə qədər fəaiyyətdə olan məktəb binasının bir hissəsi dönəmin valisi Rəşid Mümtaz Paşa tərəfindən Topxana Meydanının genişlədilməsi üçün sökülüb. 1920-ci ildə isə qalan hissə ev tikilmək üçün satılıb. Satın alan şəxs 1960-cı ildə qəbrə zərər vermədən özül üzərində 4 mərtəbəli bina inşa etməsinin ardınca binanın giriş qatındakı dükanın içərisində məzar daşını olduğu kimi saxlayıb. İndi binanın qarşısından keçənlər mağazanın girişində məzar daşı görüb heyrətə gəlirlər. Qəbrin üzərində inşa edilmiş binanın qayınatası tərəfindən tikdirildiyini deyən Ayxan Akarsu “bura mənim qayınatamın 1960-cı ildə tikdirdiyi binadır. Binanı inşa etməzdən əvvəl icazə alıb. Təməli qazarkən insan sümükləri ortaya çıxıb, o da sümükləri toplayıb. Bələdiyyədən icazə alıb, mütəxəssisləri dəvət edib, onların iştirakı ilə məzar qazılıb, sümüklər basdırılıb. Məzarlıqla bağlı rəsmi sənədlər var. 1970-ci illərə qədər Hisarda, yəni qədim Bursada belə məzarlar çox yerdə aşkarlanırdı. Bir çox binanın altında indi də məzarlar var. Qayınatam 1997-ci ildə vəfat etdi. Bizə dediyinə görə, bu məzar bölgədə Quran məktəbi açmış birisinə aiddir. Adına Təkkəçi Sinan Dədə deyilir. Məzardakı torpaq hava çəksin, rütubət olmasın deyə, pəncərədə dəlik açdıq, amma insanlar yanlış anlayır. Yaxınlaşıb pul qoyurlar, dua edirlər, dilək tuturlar. Bir qadını gördüm dua edən, soruşdum, anacan, niyə burada dua edirsən, cavab verdi ki, yuxusunda burada dua etdiyini görüb, ona görə gəlib bura”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
sherg.az

1Mənbələr