AZ

Tokio növbəti raket buraxılışına görə Pxenyana etiraz edib

Yaponiya hökuməti Pxenyanın sonuncu raket buraxılışına görə diplomatik kanallar vasitəsilə Şimali Koreya hakimiyyətinə kəskin etiraz göndərib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kyodo Çusin” xəbər agentliyi məlumat yayıb.

Etirazda xüsusi olaraq qeyd olunur ki, Şimali Koreyanın raket buraxılışları Yaponiya əhalisinin təhlükəsizliyini təhdid edir.

Bundan əvvəl Şimali Koreyanın Yapon dənizinə doğru atdığı ballistik raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyü bildirilirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
29
nocomment.az

10Mənbələr