Qazaxıstanda 10 ildən artıqdır ki, “yaşıl” iqtisadiyyata keçid konsepsiyası həyata keçirilir. Bu dövrdə ölkədə bərpa olunan enerji mənbələrinin payı 4,5%-ə çatdırılıb.
“İki sahil” KAZINFORM-a istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Oljas Bektenovun sədrliyi ilə keçirilən “Yaşıl” iqtisadiyyata keçid üzrə Şuranın iclasında məlumat verilib.
Qeyd edilib ki, istehsal tullantılarının təkrar emalı səviyyəsi 25 faizə, istehlak səviyyəsi isə 39 faizə çatıb. Konsepsiyada qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinin ən səmərəli vasitələrindən biri sənaye və kənd təsərrüfatı müəssisələrinin mövcud olan ən qabaqcıl texnikalarından istifadə edilməsidir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”