AZ

ABŞ, Yaponiya və Cənubi Koreya strateji əməkdaşlıq edəcəklər

ABŞ, Yaponiya və Cənubi Koreyanın kommersiya və ticarət nazirləri çərşənbə günü süni intellekt (AI) təhlükəsizliyi, ixraca nəzarət, təmiz enerji və yarımkeçirici təchizat zəncirləri daxil olmaqla strateji məsələlərdə əməkdaşlıq etməyə söz veriblər.

“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, ABŞ-ın ticarət naziri Gina Raimondo Vaşinqtonda keçirilən görüşün əvvəlində deyib: "Biz üçümüz istehsal, xidmət, texnologiya və innovasiya sahələrində aparıcı iqtisadiyyat olduğumuza görə təkcə ölkələrimizin deyil, dünyanın təhlükəsizliyi və mühafizəsi xeyrinə birlikdə işləməliyik".

O, ilk üçtərəfli görüşdə Gina Raimondo ilə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Ken Saito və Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika naziri Ahn Duk-qeun iştirak edib. Görüşlər ölkə liderləri tərəfindən avqust ayında Kemp Deviddə keçirilən sammitdə qərarlaşdırılıb.

Nazirlər görüşdən sonra deyiblər ki, birgə səyləri iştirakçı ölkələrin xalqların və Hind-Sakit okean regionunun təhlükəsizliyini və rifahını artırmaq üçün nəzərdə tutulmuş bir sıra strateji sahələrə yönəldəcəklər: “Biz təchizat dayanıqlığını gücləndirmək üçün əməkdaşlığa üstünlük verməyi hədəfləyirik

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
ikisahil.az

1Mənbələr