AZ

" Yenilməz batalyon" filminin  çəkilməsinə səbəb olan tarixi hadisədən 119 il ötür

Bu gün “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi  “Yenilməz batalyon” filminin yaranmasına səbəb olan hadisənin ildönümüdür.

Adalet.az xəbər verir ki, Yaponiyaya qarşı müharibədə bir çox gəminin itməsi və Rusiyada get-gedə artan iqtisadi problemlər 1905-ci ilin 27 iyununda “Potyomkin” zirehli gəmisində rus əsgərlərinin çara qarşı qiyamına səbəb oldu.gəldi. Bu zaman Odessada ümumi tətil idi. Lakin Odessa fəhlələrinin və matrosların birgə çıxışı üçün yaranmış əlverişli şəraitdən istifadə edilmədi.Xeyli adamın həbs olunması nəticəsində Odessa bolşevik təşkilatı zəifləmişdi, onun daxilində birlik yox idi. Menşeviklər isə silahlı üsyanın əleyhinə idilər və fəhlələri, matrosları hücum mübarizəsindən çəkindirirdilər.

Çar hökuməti "Patyomkin"də üsyanı yatırtmaq üçün bütün Qara dəniz donnmasını göndərmişdi. Lakin matroslar üsyan etmiş gəmiyə atəş açmaqdan boyun qaçırdılar. Buna görə də komandirlər eskadranı geri aparmağa məcbur oldular.

On bir gün dənizdə dolaşdıqdan sonra ərzaqsız və kömürsüz qalan "Potyomkin" zirehli gəmisi çarəsizlikdən Rumıniya shillərinə gedib Rumıniya hökumət orqanlarına təslim oldu. Matrosların əksəriyyəti xaricdə qaldı. Rusiyaya qayıdanları isə həbs edib məhkəməyə verdilər.

Qeyd edək ki, bundan sonra gəminin matroslarının bir hissəsi Azərbaycana göndərildi və Zaqataladakı köhnə qalada həbsdə saxlanıldı.  “Azərbaycanfilm” kinostudiyası onların taleyinin bir qismini “Yenilməz batalyon” filmində əks etdirib. Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi bu  film 1966 -cı ildə ekranlara çıxıb.

Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
adalet.az

1Mənbələr