Bu ilin yanvar-may aylarında Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 86 milyon dollar dəyərində olub.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalıb.
Məlumata görə, ötən ilin eyni aylarında ölkə şəkər idxalına 87,3 milyon dollar xərcləyib.
Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,18%-ni təşkil edib.
Gözəl Həşimova