AZ

Dağıstan vətəndaşı Abşeron Rayon Mərkəzi Xəstəxanasında uğurla əməliyyat olunub » Medical Media


Abşeron Rayon Mərkəzi Xəstəxanasında nəinki ölkə vətəndaşlarına, hətta xarici vətəndaşlara da yüksək səviyyədə tibbi xidmət göstərilir və məmnunluq səviyyəsinin yüksəldilməsi üçün xəstəxananın işçi qrupu səylə çalışır.
 
Xəstəxanadan Medicalmedia.az-a verilən xəbərə görə, 13.06.2024-cü il tarixində saat 17:50-də avtomobil qəzası nəticəsində 60 yaşlı (kişi cinsli) Dağıstan vətəndaşı Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Xəsarət alan şəxs üzərində müayinələr aparılıb və sağ bud sümüyünün çoxsaylı sınığı, hər iki tərəfdən qabırğaların çoxsaylı sınığı, postravmatik hemopnevmotoraks diaqnozu təyin edilib.
 
Xəstəxananın Neyrotravma şöbəsinin müdiri Cavid Musazadə tərəfindən sağ bud sümüyünün daxili fiksasiya ilə açıq osteosintezi əməliyyatı icra edilib və əməliyyat uğurla nəticələnib.
 
Pasiyent yaradılan şəraitə görə rəhbər şəxslərə, sağlamlığına qovuşduğuna görə həkim-travmatoloq Cavid Musazadəyə, bütün tibb kollektivinə təşəkkürünü bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
medicalmedia.az

2Mənbələr