AZ

Forumun sonunda "Sıfır tullantı" Bakı təşəbbüsünün qəbul olunması nəzərdə tutulub

Bakı, 27 iyun, AZƏRTAC

İyunun 27-də “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forum başlayıb. Burada 300-ə yaxın nümayəndənin həm yerli qurumların, yerli istehsal şirkətləri, özəl sektor, universitetlər, vətəndaş cəmiyyəti institutları, eyni zamanda, xarici ölkələrin, beynəlxalq təşkilatların, hətta xarici şirkətlərin nümayəndələri iştirak edirlər. Burada yaşıl iqtisadiyyata keçid, tullantıların düz xətt zənciri ilə yox qapalı zəncirlə idarə edilməsinin əhəmiyyəti istiqamətində müzakirələr aparılacaq. Forum beynəlxalq təcrübənin öyrənilməsi çox vacibdir. Hesab edirik ki, bu, platforma rolunu oynayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.

"300-ə yaxın iştirakçının birgə fikir mübadiləsinin aparılması beynəlxalq təcrübənin öyrənilməsi bizim üçün çox önəmlidir. Azərbaycan da öz milli prioritetlərində yaşıl inkişaf istiqamətini əsas hədəflərdən biri kimi götürüb. Bu, yaşıl iqtisadiyyata keçidin baş verməsi deməkdir. Beynəlxalq prosesdə həmin təcrübə davam etməkdədir. Hesab edirik ki, iki gün ərzində bu məsələ ətrafında geniş müzakirələrin təşkil edilməsi imkanı olacaq.

Tədbirin sonunda - iyunun 28-də "Sıfır tullantı - Bakı təşəbbüsü"nün qəbul olunması nəzərdə tutulub.

Dünyada bu gün tullantı təkcə istifadəsi bitmiş atılmış məhsullar deyil. Əksinə təkrar emal müəssisəsi ilə tullantılardan yeni məhsulların alınması, yeni iqtisadi resurs kimi istifadəs olunması geniş yayılır. Azərbaycanda da bu istiqamətdə Bakı şəhərində bir çox tədbirlər görülür. Lakin hesab edirik ki, regionlarda da həmin istiqamətdə tədbirlərin keçirilməsi vacibdir.

İnanırıq ki, iki gün məhsuldar müzakirələrlə keçəcək. Nəticədə həm bizim üçüm vacib olan məlumatları öyrənəcəyik, həm də beynəlxalq aləm də Azərbaycanın müsbət təcrübələrinin şahid olacaq", - deyə F.Mütəllimov bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
azertag.az

2Mənbələr