Alman avtomobil istehsalçısı “Volkswagen”, ABŞ-da yerləşən elektrikli avtomobil istehsalçısı “Rivian”a 5 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqladı.

İndex.az xəbər verir ki, şirkətlərin verdiyi birgə bəyanatda qeyd olunub ki, “Rivian” və “Volkswagen” avtomobillərin proqram təminatı texnologiyasını inkişaf etdirmək üçün birgə müəssisə qurmağı planlaşdırır.

Açıqlamada “Volkswagen”in 1 milyard dollarlıq ilkin investisiya ilə “Rivian”a cəmi 5 milyard dollar sərmayə qoyacağı, 4 milyard dollara qədər əlavə sərmayənin planlaşdırıldığı ifadə edildi. Bildirilib ki, tərəfdaşlıq “Rivian” və “Volkswagen Group” üçün proqram təminatının hazırlanması prosesini sürətləndirəcək.