Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovun gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşü başa çatıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, XİN başçıları az sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Ceyhun Bayramovun gün ərzində Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə, həmçinin Gürcüstan parlamentində görüşləri planlaşdırılıb.