AZ

3 alpinistin cəsədi tapılıb

Yaponiyanın ən hündür nöqtəsi olan Fuci dağının kraterinin yaxınlığında itkin düşən 3 alpinistin cəsədi tapılıb. 

"Cebhe.info"  "Kyodo" agentliyinə istinadən xəbər verir ki,  Şizuoka prefekturasının polisi alpinistlərin itkin düşməsi xəbərini aldıqdan sonra axtarış əməliyyatına başlayıb.

Fuciyə qalxan yollarda aparılan axtarışlar nəticəsində dağın Şizuokaya baxan kraterinin yaxınlığında 3 alpinistin cəsədi tapılıb.

İlin çox hissəsi qarla örtülü olan Fuci dağına 200 mindən çox ziyarətçi iyul-sentyabr mövsümündə məşhur gəzinti yollarından istifadə edir.

Yaponiya milli mediası yerli və xarici ziyarətçilərin günəşin doğuşunu izləmək də daxil olmaqla, turistik məqsədlə etdikləri gecə dırmaşmaları zamanı qəzaların baş verə biləcəyini yazır.

Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan və hündürlüyü 3776 metr olan Fuci dağı Yaponiyanın milli simvollarından biri kimi diqqəti çəkir.

Yamanaşi və Şizuoka əyalətləri arasında yerləşən ölkənin ən hündür nöqtəsi olan Fuci dağı alpinistlərin üz tutduqları marşrutlar sırasındadır.

Seçilən
117
1
cebheinfo.az

4Mənbələr