AZ

Tehran meri seçkilərdə namizədliyini geri götürdü

Tehranın hazırki meri Əlirza Zəkani seçkiyə cəmi bir gün qalmış digər iki namizəd Məhəmməd Baqer Qalibaf və Səid Cəlilini dəstəkləmək üçün namizədliyini geri götürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Zəkani "X" hesabında paylaşım edib.

"Müsabiqənin qanuni vaxtının sonuna qədər qaldım, amma əsas yolun davamı daha vacibdir. Cəlili və Qalibafdan birləşərək inqilabi qüvvələrin haqlı tələblərini cavabsız qoymamağı xahiş edirəm", - o qeyd edib. Zəkanidən əvvəl Əmir-Hüseyn Qazizadə Haşemi mühafizəkar namizədlərin xeyrinə seçkidən çəkildiyini açıqlayıb. Hər iki namizəd bir neçə rəy sorğusunda 5%-dən az bal toplamışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
68
3
milli.az

4Mənbələr