AZ

FHN tərəfindən qanunsuz tikililər söküldü - Video

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu çərçivədə, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində elektrik xəttinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


Müəllif: Teleqraf.com
Seçilən
129
45
teleqraf.com

10Mənbələr