Qazaxıstanda jurnalistlərə dövlət tərəfindən mənzillər verilib.
Ulusal.az “Sputnik Qazaxıstan”a istinadən bildirir ki, media nümayəndələrinə mənzillərin açarlarının təqdim edilməsi mərasimindöə prezident Kasım-Jomart Tokayev də iştirak edib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev jurnalistlərə mənzil açarlarının verilməsi ənənəsinin davam etdiriləcəyini açıqlayıb.
Onun fikrincə, istənilən əməyi dəyərləndirmək lazımdır:
“Sivil cəmiyyət kütləvi informasiya vasitələri peşəkarlarına xüsusi dəyər verir. Qazaxıstanda hər il ölkənin ən yaxşı jurnalistlərinə mükafatlar verilir. Bu gün yarım əsrə yaxındır bu sahədə çalışan insanlar var”,-deyə Tokayev bildirib.