Dünyada ən çox neft ehtiyatına sahib olan şirkətlərin adı açıqlanıb.
Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.
Məlumata görə, Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun neft ehtiyatı digər 6 şirkətin ehtiyatlarından dörd dəfə çoxdur:
Şirkət | Neft ehtiyatı |
Saudi Aramco | 258 milyard barel |
Exxon Mobil | 17.7 milyard barel |
Chevron | 11.2 milyard barel |
Total Energies | 10.2 milyard barel |
Shell | 9.6 milyard barel |
BP | 7.2 milyard barel |
Eni | 6.6 milyard barel |
Gözəl Həşimova