AZ

"Hər üç görüşdə özümüzü ev oyunundakı kimi hiss etdik" - Edvard Yordanesku

Rumıniya millisinin baş məşqçisi Edvard Yordanesku Avropa çempionatının qrup mərhələsinin son turunda Slovakiyaya qarşı keçirdikləri oyundan (1:1) sonra fikirlərini bölüşüb.

Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, belə danışıb: 

"Uğur qazandığımız üçün şadam. Qrupdakı dörd komandanın hərəsi 4 xal topladı. Bu cür maraqlı vəziyyət həmişə olmur. Bütün azarkeşlərimizə təşəkkür edirəm. Hər üç görüşdə özümüzü ev oyunundakı kimi hiss etdik. Rumıniyalı olduğum üçün fəxr edirəm”.

Qeyd edək ki, Rumıniya seçməsi 1/8 finala E qrupunun lideri qismində yüksəlib.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
fanat.az

1Mənbələr