AZ

Azərbaycana xaricdən gələn bu məhsullar bahalaşacaq

İyulun 1-dən Bosfor boğazından keçən gəmilərin tranzit qiyməti 15 faiz artırılır. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu açıqlama verib. Belə ki, iyuldan ödənişlər 5,07 dollar təşkil edəcək. Bu isə 2022-ci illə müqayisədə yığımları 6,3 dəfə artıracaq.

Qeyd edək ki, Azərbaycana bir sıra məhsulların gətirilməsi üçün Türkiyə boğazlarından istifadə olunur. Buna görə də yeni qərar ölkəmizə gələn yüklərin qiymətinə də təsir edə bilər.

Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı Toğrul Vəliyev kifayət qədər məhsulun poçt vasitəsilə Gürcüstandan gəldiyini bildirdi:

"Bu isə o deməkdir ki, Gürcüstandan gətirilən bütün məhsulların qiymətində bahalaşma baş verəcək. Çünki ötən illərə nisbətən ödənişlər daha yüksək olub. Hazırda qiymətlərin nə qədər yüksələcəyini demək bir qədər çətindir. Rusiya-Ukrayna müharibəsi başladığı dövrdən sonra bir çox ixracatçılar Gürcüstan ərazisindən istifadə etməyə başlayıblar. Bu zaman artıq qiymətlər artırılmışdı. Ümumiyyətlə, Azərbaycana Rusiya ərazisindən çatdırılma daha ucuz başa gəlirdi".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
publika.az

2Mənbələr