AZ

ATU əməkdaşı Rusiyada elmi-praktik konfransda çıxış edib » Medical Media



Rusiya Homeopatik Assosiasiyası, Ənənəvi və Komplementar Təbabətin Milli Assosiasıyasıvə digər qurumların təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində “Homeopatiyanın aktual problemləri. Praktik səhiyyədə homeopatiya metodunun yeri və imkanları” mövzusunda XXXIV Ümumrusiya elmi-praktik konfransı keçirilib. 
 
ATU-nun Farmakologiya kafedrasının dosenti Sevinc Məhərrəmova tədbirdə “Azərbaycan praktiki səhiyyəsində ənənəvi tibbin inteqrasiyasının inkişafı və gücləndirilməsiüçün aparılan tədbirlər” mövzusunda məruzə ilə çıxış edib. 
 
Bu məlumat Medicalmedia.az-a ATU-dan verilib.
 
Bildirilib ki, S.Məhərrəmova inteqrativ təbabətin bir qolu olan homeopatiyanın beynəlxalq inkişafı və respublikamızda hazırki vəziyyəti barədə tədbir iştirakçılarına məlumat verib. O, homeopatik dərmanlarla münasibətlərin xüsusiyyətləri nəzərə alınaraq, yeni dərman vasitələrinin yaradılması, yerli istehsalın inkişafı, homeopatik əczaçılıq sahəsində aparıcı mütəxəssislərin təcrübəsinin öyrənilməsi və ixtisaslı kadrların hazırlanmasının aktuallığı məsələlərinə də toxunub, ona ünvanlanan sualları ətraflı şəkildə cavablandırıb.
 
Qeyd edək ki, konfransda homeopatiya sahəsində fəaliyyət göstərən Rusiya və o cümlədən MDB məkanından görkəmli alimlər iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
medicalmedia.az

2Mənbələr