AZ

STM-də kitab təqdimatı keçirildi - Etibar Əliyevin moderatorluğu ilə

Sosial Tədqiqatlar Mərkəzi(STM) “Qlobal çağırışlar və sosial elmlər” mövzusunda maraqlı dəyirmi masa keçirib.

“AzPolitika” xəbər verir ki, dəyirmi masaya millət vəkili Etibar Əliyev moderatorluq edib. Millət vəkili sözügedən tədbirin əhəmiyyətilə bağlı özünün sosial şəbəkə səhifəsində paylaşım edib: “Sosial Tədqiqatlar Mərkəzinin (STM) apardığı elmi-analitik təhlillər peşəkarlıq nöqteyi-nəzərindən dövlət və cəmiyyət üçün olduqca böyük əhəmiyyət kəsb edir. Mərkəzdə hökm sürən demokratik ab-hava, mədəni, işgüzar və dialoq mühiti dərhal diqqəti cəlb edir. Əbəs deyildir ki, dünyada belə Mərkəzlər böyük nüfuza malikdirlər. Sosial Tədqiqatlar Mərkəzi qısa zamanda xaricdə və Azərbaycanda böyük nüfuz qazana bildi. Sosial Tədqiqatlar Mərkəzində 27 iyun 2024-cü ildə “Qlobal çağırışlar və sosial elmlər” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tərcümə və nəşr edilən “Sosiologiyada əsas anlayışlar” (E.Giddens, F.Satton) kitabı təqdim edildi. Sosial həyat daima dəyişir, bu səbəbdən Sosiologiya elmi bir yerdə dayana bilməz. Sürətlə dəyişən müasir dünyanın tədqiqi və dərki daim yenilənən anlayışların mövcudluğunu tələb edir. E. Giddens və F. Sattonun müəllifi olduğu “Sosiologiyada əsas anlayışlar” kitabı Sosiologiya elminin müasir konseptual aparatını təşkil edən 70 anlayışı əhatə edir. Ənənəvi lüğət tipli kitablardan fərqli olaraq burada anlayışların işçi tərifi və mənası ilə yanaşı, inkişaf tarixi, interpretasiyası, tənqidə məruz qalan tərəfləri və tənqidlərə baxmayaraq, aktuallıq kəsb edən cəhətləri təqdim edilir. Kitab sosioloqlar, sosial elmlərin digər sahələri üzrə mütəxəssislər və tələbələr, habelə müasir dünyanı daha dərindən öyrənməyə çalışan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabı ingilis dilindən Humay Axundzadə və Sübhan Padarov tərcümə ediblər.

Tədbirdə STM-in idarə heyətinin sədri Zahid Oruc, millət vəkilləri Fazil Mustafa, Hikmət Babaoğlu, Elşad Mirbəşiroğlu, Elman Nəsirov, Bəhruz Məhərrəmov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, BDU-nun dosenti Üzeyir Şəfiyev, İlahiyyat İnstitutunun dosenti Azəf Qənbərov, ADMİU-nun Sosial-siyasi elmlər kafedrasının müdiri Xaləddin Sofiyev və digər aparıcı elm ocaqlarının nümayəndələri iştirak etdilər.

Belə maraqlı tədbirə moderatorluq etməyi mənə həvalə etdiyi üçün dəyərli həmkarım, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruca təşəkkür edirəm”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
azpolitika.info

1Mənbələr