AZ

Tramp Baydeni ABŞ-nin gələcəyi üçün təhlükə adlandırıb

“ABŞ-nin hazırkı prezidenti Co Bayden ölkənin gələcəyi ilə yanaşı, demokratiyaya da təhlükə yaradır”.

525.az xəbər verir ki, bu barədə Ağ Evin keçmiş rəhbəri Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

"Co Bayden demokratiya üçün təhlükədir, ölkəmizin yaşaması və varlığı üçün təhlükədir", - o əlavə edib.

Mayın sonunda Tramp bildirib ki, Bayden prezident seçkilərində qalib gəlsə, ABŞ-dan heç nə qalmaya bilər.

Pərvanə Sultanova























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
525.az

1Mənbələr