“İnter”in hücumçusu Lautaro Martinesin agenti Aleşandro Kamano futbolçunun başqa kluba transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun agenti “İnter”lə yeni müqavilə bağladıqlarına görə Səudiyyə Ərəbistanı çempionatına keçmə şansının olmadığını söyləyib:
“İnter”lə yeni müqavilə bağladığımız üçün Səudiyyə Ərəbistanı çempionatına keçmə şansımız yoxdur.
Razılaşma əldə olunub. O, komandanın kapitanıdır və bu, onun üçün əsas məsələdir”.
Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edir. O, ümumilikdə Milan komandasının heyətində bütün yarışlarda 282 oyun keçirib, 129 qol vurub və 43 məhsuldar ötürmə verib.
Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.