Fələstin Qızıl Aypara Cəmiyyəti, Qəzzanın şimalındakı hücumlar nəticəsində fəaliyyətini dayandıran Əl-Qüds Xəstəxanasının yenidən açılması üçün qrupların çalışdığını açıqlayıb.
Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada bildirilib ki, Fələstin Qızıl Aypara qrupu, 7 ay əvvəl işğal qüvvələrinin xəstəxanaya hücumu və içindəkiləri yandıraraq məhv etməsi nəticəsində dəymiş ziyanı qiymətləndirmək üçün Qəzzada Əl-Qüds xəstəxanasına baxış keçirib. Hazırda komanda xəstəxananı yenidən açmaq və yaralılara və xəstələrə tibbi xidmət göstərmək üçün qalan avadanlıq və cihazlardan istifadə etmək üçün hərtərəfli plan hazırlayır.
Təşkilat qrupların xəstəxananı müayinə etdiyi anları da paylaşıb. Görüntülərdə hücumlardan sonra xəstəxananın dəhlizlərinin zədələndiyi görülüb.