AZ

Messi Amerika Kuboku matçını buraxacaq

Amerika Kubokunun qrup mərhələsində Çili ilə oyunda zədələnən Argentina millisinin kapitanı Lionel Messi tibbi müayinədən keçib. Matc.az xəbər verir ki, 37 yaşlı superulduz bu gün komanda ilə məşqə qatılacaq. Lakin məşqçilər korpusu onu riskə atmaq istəmir. Messi 1/4 final matçına tam hazır olmaq üçün qrup mərhələsinin son turunda Peru ilə qarşılaşmanı buraxacaq. Həmçinin əzələ diskomfortu yaşayan Markos Akunya da qarşıdakı görüşdə iştirak etməyəcək. Qeyd edək ki, Argentina – Peru oyunu iyunun 30-da keçiriləcək.

Seçilən
109
1
matc.az

2Mənbələr