ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda II turun növbəti oyunları keçirilib.
"Report"un məlumatına görə, C qrupunda Panama yığması ABŞ ilə qarşılaşıb.
Panama bu görüşdə 2:1 hesablı qələbə qazanıb. Qrupun digər matçında Uruqvay millisi Boliviyanın qapısından 5 cavabsız top keçirib.
Qeyd edək ki, qrupda 6 xalı olan Uruqvay yığması 1/4 finala vəsiqəni təmin edib.