AZ

“Turan Tovuz”lu Millerin komandasından sürpriz qələbə

“Turan Tovuz”un futbolçusu Roderik Millerin formasını geyindiyi Panama gözlənilmədən ev sahibi ABŞ-a qalib gəlib. Miller həmin matçda 90 dəqiqə iştirak edib. Amerika Kubokunda qrup mərhələsinin II turu davam edir. Matc.az xəbər verir ki, C qrupunda növbəti oyunlar keçirilib. Uruqvay millisi Boliviyanın qapısından 5 cavabsız top keçirib. “Turan Tovuz”un futbolçusu Roderik Millerin formasını geyindiyi Panama isə gözlənilmədən ev sahibi ABŞ-a qalib gəlib. Miller həmin matçda 90 dəqiqə iştirak edib. Qrupda sonuncu turun qarşılaşmaları iyulun 2-də olacaq. Amerika Kuboku II tur, C qrupu Panama – ABŞ – 2:1 Sezar Blekmen, 26, Xose Fayardo, 83 - Folarin Baloqun, 22 Uruqvay – Boliviya – 5:0 Fakundo Pellistri, 6, Darvin Nunyes, 21, Maksimiliano Arauxo, 77, Federiko Valverde, 81, Rodriqo Bentankur, 89

Seçilən
240
matc.az

1Mənbələr