AZ

Aİ bu Cənubi Qafqaz ölkəsinə qapılarını bağlayır: görün qarşılarına hansı şərti qoydular

Avropa İttifaqı Gürcüstan rəhbərliyindən hazırkı siyasi kursu dəyişməyi tələb edib. Əks halda, Aİ ölkənin ittifaqa daxil olması prosesini dayandıracaq.

Publika.az xəbər verir ki, Aİ Gürcüstan rəhbərliyinin öz niyyətlərini açıq şəkildə bəyan etməli olduğunu bildirib. Tbilisidən də hazırkı siyasi fəaliyyət kursunu dəyişməsi tələb olunur.

Kommunikedə daha sonra qeyd edilir ki, Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Aİ-nin qapıları ölkəyə bağlı ola bilər.

“Avropa İttifaqı Gürcüstan hakimiyyətini niyyətlərini aydınlaşdırmağa və Gürcüstanın Aİ-yə gedən yolunu məhv edən və üzvlük prosesinin faktiki olaraq dayandırılmasına səbəb olan hazırkı fəaliyyət kursunu dəyişməyə çağırır”, - Aİ-nin bəyanatında qeyd edilib.

Seçilən
168
publika.az

1Mənbələr