AZ

Boliviyada baş verən dövlət çevrilişinin səbəbi bəlli olub - VİDEO

Boliviyada baş verən dövlət çevrilişinə səbəb litium olub, prezident Luis Arce.

Ednews xəbər verir ki, siyasətçi şərhində ölkədə baş verən bir neçə çevrilişin təməlində iqtisadi səbəblər durub:

“Biz hazırda 2019-cu ildən etibarən litiumla bağlı bir layihənin icrasına dair uzunmüddətli müqavilə üzrə danışıqlar aparırıq. Buna görə də, heç vaxt çevrilişlərin daxili və xarici maraqlardan qaynaqlandığını istisna etməmişik”.

Respublikanın müdafiə naziri Edmundo Novillo isə daha əvvəl qeyd edib ki, dövlət çevrilişinə cəhd xarici qüvvələr tərəfindən törədilib və bu, təbii resursları ələ keçirmək istəyindən irəli gəlib.

Qeyd edək ki, Boliviya dünyanın ən böyük litium ehtiyatlarına malik olan ölkədir — 21 milyon ton.

 

Xəyal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
ednews.net

1Mənbələr