Yazını böyüt
Yazını kiçilt
Rusiya Federal Vergi Xidməti bu ilin ilk 5 ayında varlı şəxslərdən toplanan vergilərdə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 57 faiz artım olduğunu açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Rusiyada illik gəliri 5 milyon rubldan çox olan insanlar 13 faiz əvəzinə 15 faiz gəlir vergisi ödəyirlər.
2023-cü ilin ilk beş ayında varlı şəxslərdən 36,5 milyard rubl vergi toplandığı halda, bu il bu rəqəm 57,6 milyard rubla yüksəlib.
2024-cü ilin ilk üç ayında Rusiyada əhalinin vergiyə cəlb olunan gəlirləri 10,4 trilyon rubl təşkil edib.
Ekspertlər qeyd edirlər ki, illik gəliri 5 milyon rubldan çox olan insanların sayının artması vergi daxilolmalarında da özünü göstərir.