AZ

Tramp:"Ukrayna müharibədə qalib gəlməyəcək"

Gərgin müzakirələr zamanı Bayden və Tramp Ukrayna-Rusiya müharibəsi barədə də danışıblar. Tramp Putinin Ukraynanı ələ keçirəcəyini bildirib.

Bayden-Tramp debatı: Üçüncü Dünya müharibəsinin anonsunu verdilər
Eyni zamanda, eks-prezident bir neçə dəfə vurğulayıb ki, o, prezident olsaydı, Rusiya heç vaxt Kiyevə qarşı hücuma keçməzdi.

"Əgər Amerikaya Putinin hörmət etdiyi əsl prezident rəhbərlik etsəydi, o, heç vaxt Ukraynanı işğal etməzdi. İnsanların düşündüyündən də çox insan öldü. Siz bu rəqəmləri ikiqat, bəlkə də üç dəfə artıra bilərsiniz. Bayden bütün bunların qarşısını almaq üçün heç nə etmədi", - Tramp qeyd edib.

Eks-prezident hətta Ukraynada insanların sözün həqiqi mənada tükəndiyini də iddia edib.

"Ukrayna bu müharibədə qalib gəlməyəcək. Onların insan ehtiyatı, əsgərləri tükənir. Ukraynalılar min illik qızıl günbəzləri olan bu əzəmətli şəhərləri itirdilər. Bütün bunlar ona (Bayden-red.) və onun verdiyi axmaq qərarlara görə oldu. Əgər mən prezident olsaydım, Rusiya heç vaxt hücum etməzdi”, -Tramp deyib.

Tural Tağıyev
AzVision.az


Seçilən
114
50
azvision.az

10Mənbələr