AZ

Süni intellekt bəşəriyyəti məhv edəcək? – emosional böhran…

Süni intellektin bəşəriyyəti məhv etmə ehtimalı 10-20 faiz arasında dəyişir.

Medianews.az xəbər verir ki, bunu “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, milyarder İlon Mask deyib.

Xatırladaq ki, süni intellektin “xaç atası” Ceff Hinton da müvafiq qiymət verib.

Mask qeyd edib ki, söhbət fiziki yox, zehni məhvdən gedir.

“Yer planetində insanlar süni intellektin inkişafı və insan əməyinə tələbatın azalması səbəbindən emosional böhranla üzləşə bilər. Əgər süni intellekt sizin etdiyinizi və hətta daha yaxşısını edə bilirsə, başqa bir şey etməyin nə mənası var? Düşünürəm ki, o zaman ontoloji böhran başlayacaq”, – deyə Mask bildirib.

Ayşən

Seçilən
173
medianews.az

1Mənbələr