AZ

18 yaşı olmayanlar nikaha girə bilməyəcək

Azərbaycanda nikah yaşının 1 il azaldılmasına icazə verilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi hal ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, Ailə Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, nikah yaşı qəti olaraq 18 yaş müəyyən olunur.

Hazırkı vaxta qədər isə üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilirdi.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Seçilən
135
1
qafqazinfo.az

10Mənbələr