AZ

UNEC-də Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Mərkəzdə peşəkar heyət tərəfindən abituriyentlərə ixtisas seçimində dəstək göstəriləcək, onlara ixtisaslar, keçid balları, təhsil haqqı, universitetin tələbələr üçün yaratdığı imkanlar barədə ətraflı məlumat veriləcək, eləcə də qəbul prosesi ilə bağlı abituriyent və valideynləri maraqlandıran suallar cavablandırılacaq.

QHT.az xəbər verir ki, Abituriyent Məsləhət Mərkəzi universitetin əsas və 3-cü tədris binalarında, həftənin 5 günü, saat 09:00-17:30-dək (13:00-14:00 nahar fasiləsi) fəaliyyət göstərir.

Abituriyent və valideynlər (012) 1846 (1-3) nömrəsinə zəng edərək, Mərkəzlə əlaqə saxlaya bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
15
qht.az

10Mənbələr