Yazıçı-publisist Yunus Oğuz Özbəkistanın "BAYOZ" QSC-si ilə müqavilə imzalayıb.
Moderator.az bu barədə Olaylar.az-a istinadla xəbər verir.
Müqavilədə yazıçı Özbəkistanda "Cəlaləddin Mənguberdi və Çingiz xan" kitabının çap olunması üçün adıçəkilən şirkətə müəlliflik hüququ verib. Qeyd edək ki, tərəflər arasında imzalanan müqavilənin müddəti 5 ildir.