2024-cü ilin yanvar- may aylarında Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,7 faiz azalaraq, 191 milyon dollara bərabər olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Bu ilin may ayında Türkiyə Rusiyaya 37,7 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 35,9 faiz azdır.
2024-cü ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 6,7 milyard dollara bərabər olub.
Bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8,7 faiz çoxdur.
Son 12 ay ərzində (may 2023- may 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Fuad Mədətov
Fins.az