AZ

"Natiqin müharibəyə əynində atamın idman geyimi yollanmışdı"

Natiq müharibəyə ayağında rezin çəkmə, əynində atamın idman geyimi ilə yollanmışdı.

Bunu Azərbaycan Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımov Axar.Az-a deyib.

Onun sözlərinə görə, onların hərbi geyimi belə yox idi:

"Axrıncı dəfə 1992-ci ilin 27 fevralında görüşmüşük. Heç nə danışa da bilmədik. Gəldi, üst-başı tozun-torpağın içində, çox yorğun idi, ağzı üstə düşüb yatdı. O vaxt bütün əsgərlər qanqalın içində yatırdı. Hərbi geyimi belə yox idi. Müharibəyə də ayağında rezin çəkmə, əynində atamın idman geyimi ilə yollanmışdı. Əsir düşəndə fotosu çəkilib, həmin idman formasıdır. 

O idman geyimini mən Rusiyada yaşadığım vaxt atam yanıma qonaq gələndə ona hədiyyə kimi almışdım. Natiq birinci dəfə döyüşlərdən qayıdanda atamın idman geyimini istədi. Dedi, oralarda hava soyuqdur. Yanvar-fevral ayları idi. Qarabağ da dağlıq ərazi olduğu üçün qış ümumiyyətə sərt keçirdi. Az müddət sonra da əsir düşdü..." 

Seçilən
48
2
buta.media

3Mənbələr