AZ

Elnarə efirdə aparıcı Zaurla DALAŞDI – VİDEO 

Müğənni Elnarə Xəlilova aparıcı Zaur Nəbioğlu ilə efirdə mübahisə edib. 

Bizim.Media xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “Rəngarəng səhər” verilişində yaşanıb. 

Elnarə sözügedən proqramın aparıcısı Zaurun verilişdə sənətdən çox qeybətə və söz-söhbətə üstünlük verdiyini deyib: 

“Əgər bu verilişdə başdan sona kimi qeybət olunacaqsa, oturaq biz də qeybət edək. O zaman verilişin də reytinqi yüksək olacaq. Əgər verilişdə sənət nümayiş ediriksə və biz sənətin təbliğatı ilə məşğul oluruqsa, bunu bir saata, bir günə edə bilmərik. Son 20 ildə baş verən proseslərdir”. 

Bu sözlərlə razılaşmayan aparıcı “Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva televiziya mövsümü boyunca proqramlarda cəmi bir dəfə qonaq olublar. Mən tamaşaçıya həftə içi hər gün veriliş təqdim edirəm. Siz müğənnilər əgər mövsümdə bir-iki dəfə efirə çıxırsınızsa, bəs mən hər gün verilişə kimi çağırım?” sözlərini dilə gətirib. 

E.Xəlilova Z.Nəbioğlunun bu fikirlərinə belə cavab verib: 

“Bu mənim problemim deyil. Bu, televiziyaların problemidir. (Elnarənin növbəti səsləndirdiyi fikirlər qeyri-etik olduğundan efir rejissoru tərəfindən mikrofonu söndürülüb). Sizin reytinq gətirən verilişləriniz ən hay-küylü, ən qalmaqallı, başdan-ayağa qeybət üzərində olan proqramlardır. Biz sənətçilər isə o verilişləri özümüzə yaraşdırmırıq və ora getmirik”. 
 


Rəşad Əliyev, Bizim.Media

Seçilən
119
bizim.media

1Mənbələr