AZ

Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş

prokuror Kamran Əliyev cari il iyulun 3-də, saat 10:00-da Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Lənkəran və Astara

rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən Vətəninfo.az-a verilən xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lerik

rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun

Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt

ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

image-1

Seçilən
198
49
veteninfo.az

10Mənbələr