AZ

Cəmiyyətdə nüfuzu olmayan deputatlar YAP-ın siyahısında yer almayacaq - Kimlər gedir?

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclis köhnə tərkibdə sonuncu iclasını keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, hazırda deputat mandatı daşıyan şəxslərdən yalnız biri - Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov istisna olmaqla, millət vəkillərinin hamısı son iclasda iştirak edib. 
 
Vasif Talıbovun iclasa qatılmaması onun Milli Məclislə sağollaşması kimi də qiymətləndirilə bilər. Belə ki, Naxçıvan Ali Məclisinin keçmiş sədr yeni formalaşacaq Parlamentdə yer almayacağını yəqin etdiyi üçün deputat həmkarları ilə sağollaşmağı da özünə lüzum bilməyib. 
 
İndi isə cəmiyyəti ən çox maraqlandıran sual hakim partiya olan Yeni Azərbaycan Partiyasının namizədlər siyahısında kimlərin yer alacağıdır. 

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, hakim partiya bu dəfə özünün namizədlər siyahısını tərtib edərkən, deputatların cəmiyyətdəki nüfuzunu və işgüzar keyfiyyətlərini əsas götürüb. Bu səbəbdən də xeyli adam siyahıda yer ala bilməyəcək. Hakim partiyaa deputatların son 5 ildəki fəaliyyətlərini çox yaxından təhlil edib, onların seçicilərlə iş prinsipi yaxından izlənilib, eyni zamanda cəmiyyətə və mediaya münasibətləri də yaxından araşdırılıb və buna uyğun qərar verilib. Məlumata görə, yaşlı deputatlar da namizədlər siyahısında olmayacaq, YAP yalnız cəmiyyətdə nüfuza sahib olan bir neçə ağsaqqal deputatla yola davam edəcək. 
 
Məlumata görə, hakim partiyanın siyahısında yeni simalara da xeyli yer ayrılacaq. Onlar arasında kreativ, xarici dil biliyi olan gənclər də yer alacaq. Eyni zamanda hakim partiyanın namizədlər siyahısında xeyli xanım namizəd də yer alacaq. 
Seçilən
189
azxeber.com

1Mənbələr