Ermənistan qonşu dövlətlərlə münasibətlərin normallaşmasına sadiqdir.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkənin sərhədləri otuz ildən artıqdır Şərqdən və Qərbdən bağlıdır və dənizə çıxışı yoxdur: "Məhz bu anlayışla ölkəmiz 1991-ci ildə ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün Azərbaycanla sülh danışıqlarında konstruktiv şəkildə iştirak etmişdir. Ermənistan bir ay ərzində danışıqları yekunlaşdırmağa və Sazişi imzalamağa səmimi sadiqdir...
Ermənistan Türkiyə ilə də münasibətlərin normallaşmasına və quru sərhədlərinin açılmasına sadiqdir. Bu baxımdan, biz xüsusi nümayəndələr tərəfindən əldə edilmiş razılaşmaların həyata keçirilməsi, hazırkı müsbət kursun saxlanılması və hər iki ölkənin və regionun rifahı naminə irəliləyiş üçün bütün lazımi addımları atmağa hazırıq".
Ağarza Elçinoğlu