AZ

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

Ceyms

Bakı, 28 iyun, AZƏRTAC

Biz illərdir Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin dostu olaraq vasitəçilik missiyasından çox məmnunuq. Bu, bizim sülhün əldə olunmasında faydalı ola biləyimiz işlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 28-də jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda görüşəcəklərinə ümidvar olduğunu vurğulayan ABŞ Dövlət katibinin köməkçisi bildirib: “Vaşinqton buna ev sahibliyi etməkdən və ya hansısa başqa rola malik olmaqdan məmnun olar. İki ölkə arasında müxtəlif kanallar mövcuddur və tərəflər arasında çox effektli birbaşa kommunikasiya var. Bunlar regiona sülh gətirmək naminə hər iki ölkənin öz vətəndaşları üçün gördüyü işlərdir. Biz də prosesin dostu kimi bu işə cəlb olunmuşuq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
2
azertag.az

3Mənbələr