Bakı. Trend:
Azərbaycanla ABŞ arasında əməkdaşlıq Avropanın enerjitəhlükəsizliyini təmin edib.
Trend xəbır verirki, bunu bu gün ABŞ-nin Müstəqillik Gününə həsr olunmuş tədbirdəABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.
"ABŞ-Azərbaycan enerji əməkdaşlığının başlanğıcında ABŞBakı-Tbilisi-Ceyhan boru kəmərinin, eləcə də Cənub Qaz Dəhlizininkonsepsiyası, tikintisi və həyata keçirilməsinə mühüm dəstək verib.Bu layihələr bizim gözəl birgə nailiyyətlərimizdəndir. Bizimtərəfdaşlığımız olmasaydı, bu enerji infrastrukturu mövcud olmazdıvə Avropanın enerji təhlükəsizliyi aşağı olardı", - o bildirib.
Diplomat qeyd edib ki, bu gün biz iki ölkə arasında enerjisektorunda münasibətlərdə güclü, strateji əhəmiyyətlitransformasiyaların şahidi oluruq.
(Tərcümə: Gülnarə Kərimova)