AZ

“Azərbaycan və ABŞ enerji sahəsində güclü əməkdaşlıq qurub” - Samir Şərifov

Azərbaycan terrorizmə və qlobal təhdidlərə qarşı mübarizədə ABŞ ilə səmərəli əməkdaşlıq edir, bundan əlavə, enerji sektorunda güclü əməkdaşlıq qurulub.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-nin müstəqilliyinin 248-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

“Azərbaycan noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransının uğurlu təşkilində göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edir”, - nazir bildirib.

O qeyd edib ki, Azərbaycan eyni zamanda ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olması ilə bağlı təşəbbüslərini yüksək qiymətləndirir.

S.Şərifov əlavə edib ki, Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun bərpası, reinteqrasiya və regional kommunikasiyaların bərpasında ABŞ-dən dəstək gözləyir.


Telegram kanalımız
Seçilən
87
9
yenisabah.az

8Mənbələr