AZ

ABŞ səfiri Azərbaycana edilən yardımın həcmini açıqlayıb

Bakı. Trend:

ABŞ Azərbaycana milyard dollardan çox yardım edib.

Trend xəbər verirki, bunu bu gün ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ABŞ-ninMüstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra BirləşmişŞtatlar təhsilin və iqtisadi inkişafın təşviqi, münaqişələrdənzərər çəkmiş məcburi köçkünlərə dəstək və ölkəni ölümcül minalardantəmizləmək üçün bir milyard dollardan çox vəsait ayırıb", -deyib.

Səfir qeyd edib ki, ABŞ bu tərəfdaşlığın perspektivli davamınaümid edir.

"Biz birlikdə Azərbaycan və bütün region üçün sülh, firavanlıqvə təhlükəsizliyi təmin edəcək daha dərin əməkdaşlığa çalışırıq", -Mark Libbi əlavə edib.

(Tərcümə: Gülnarə Kərimova)

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
az.trend.az

2Mənbələr