"İrəvan iyulda keçiriləcək NATO sammitinə dəvət alıb və konfransda iştirak edəcək".
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan bildirib.
"Ermənistan dəvət alıb və iştirakını təsdiqləyib", - diplomat bildirib.
NATO-nun sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək. Tədbirdə Şimali Atlantika Alyansına üzv olan 32 ölkə, eləcə də dəvət olunmuş digər dövlətlərin nümayəndələri iştirak edəcək.
Yusif EYVAZLI