AZ

"Məişət Zorakılığı əleyhinə Təşəbbüslər" layihəsi çərçivəsində vəkilin TV-də çıxışı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Məişət Zorakılığı əleyhinə Təşəbbüslər" layihəsi çərçivəsində Sumqayıt Regional Vəkil Bürosunun vəkili Ruslan Mustafazadə Dünya TV-də Xuraman Aydınqızının təqdimatında "Bu sabah" verlişində zorakılığa məruz qalanların 90%-inin qadınlar və qızlar olduğunu vurğulayıb.

QHT.az xəbər verir ki, vəkil son beş ildə qadınların hüquq mühafizə orqanlarına müraciət etməkdə daha tərəddüd etmədiklərini və bu müraciətlərin sayında artım olduğunu qeyd edib. Zorakılıq mağdurlarının hüquqlarının qorunması üçün hüquq mühafizə orqanlarının səylərinin kifayət qədər araşdırıldığını və müdafiə tədbirlərinin həyata keçirilməyə çalışıldığını vurğulayıb.

Həmçinin vəkil, fiziki zorakılıqla bağlı müraciətlərə cavab olaraq xəsarətlərin müxtəlif dərəcələrdə qiymətləndirilməsindən danışaraq, bu prosesin cinayət əməli kimi tövsüf edilə biləcəyini bildirib. Hüquq mühafizə orqanlarının tərəfdaşlıqlarının zorakılıqla mübarizədə kritik əhəmiyyət daşıdığını vurğulayaraq, mağdurların mühafizə orderləri və uzunmüddətli müdafiə planları ilə dəstəklənməsinin zorakılıqla mübarizədə irəliləməyə kömək etdiyini qeyd etmişdir.

Daha ətraflı videoda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
qht.az

1Mənbələr