AZ

"Galaxy S25 Ultra" qalmaqalı "Samsung" smartfonuna oxşayacaq

"Insider Ice Universe" X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində qarşıdan gələn flaqman "Samsung Galaxy S25 Ultra" smartfonu ilə bağlı iki sızma dərc edib.

Valyuta.az xəbər verir ki, mənbənin sözlərinə görə, yeni məhsul daha rahat istifadəni təmin edən qalmaqallı "Galaxy Note7"ni xatırladan küncləri yuvarlaqlaşdırılmış korpusa sahib olacaq. Bu smartfon 2016-cı ildə təqdim edilib və cihazın qeyri-sabit işləməsi, yanğına və partlayışa səbəb olması səbəbindən tezliklə geri çağırılıb.

Mənbə həmçinin bildirib ki, yeni "Galaxy S25 Ultra Galaxy Ultra" xəttindəki ən nazik smartfonlardan biri olacaq. Beləliklə, cihazın korpusunun qalınlığı 8,4 mm, S21, 22 və 23 Ultra-nın qalınlığı 8,9 mm, "Galaxy S24 Ultra" isə 8,6 mm olacaq.

"Samsung Galaxy S25" flaqman modellərinin təqdimatının 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində baş tutacağı gözlənilir. Şayiələrə görə, "Samsung" "Qualcomm Snapdragon" çiplərinin istifadəsindən imtina edəcək və bunun əvəzinə "MediaTek"dən flaqman həllini seçəcək. Bu, "Samsung"un flaqman smartfonlarına Tayvan şirkətinin çipini quraşdıracağı ilk dəfə olacaq.

Paşa Məmmədli
 

Seçilən
123
valyuta.az

1Mənbələr