AZ

Pentaqon: ABŞ beynəlxalq hava məkanında fəaliyyətini davam etdirəcək

ABŞ hərbi təyyarələri və pilotsuz uçuş aparatları (PUA) qanun çərçivəsində beynəlxalq hava məkanında fəaliyyətini davam etdirəcək.

"Operativ Media" xəbər verir ki, bunu brifinqdə Amerika Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq Rusiyanın müdafiə naziri Andrey Belousovun Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahına ABŞ-nin PUA ilə təxribatlarına operativ cavab vermək üçün təkliflər vermək əmrini şərh edərkən deyib.

"Biz qanunla icazə verilən yerlərdə beynəlxalq sularda və beynəlxalq hava məkanında uçmağa, kruiz etməyə və fəaliyyət göstərməyə davam edirik", - Sinq qeyd edib.

Pentaqon nümayəndəsi Belousovun əmri ilə bağlı ətraflı şərh verməkdən imtina edib.

Seçilən
123
operativmedia.az

1Mənbələr