AZ

"Apple" Ayfon batareyasını dəyişir

"Apple" Ayfon batareyasını dəyişdirmə prosesini asanlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb.

Hazırda “Apple” smartfonunun akkumulyatoru folqa ilə bükülüb və cihazın içərisinə yapışdırılıb. Mənbələrin bildirdiyinə görə, şirkət onun texniki xidmətini və təmirini sadələşdirmək üsulu tapıb. "Apple"in bu addımı Avropa İttifaqının 2025-ci ilə qədər satılan bütün smartfonlarda işlək akkumulyator tələbinə görə atdığı qeyd olunur.

Bildirilir ki, batareydakı folqa metalla əvəzlənəcək. Beləliklə, batareyanı telefondan çıxarmaq üçün ona kiçik bir elektrik cərəyanı vurmaq kifayət olacaq.


Müəllif: Arzu
Seçilən
117
teleqraf.com

1Mənbələr