AZ

Teymur Moskvada 2-ci pilləyə yüksəlib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Moskvada “Şahmat ulduzları 4,0” turnirində iştirak edir.

Bakıvaxtı.az xəbər verir ki, təmsilçimiz iki günün nəticəsinə görə 4 xal toplayıb.

Teymur rapid üzrə turnirdə bu gün 3 partiyada yarışıb. Yekaterinə Laqnoya qalib gələn Rəcəbov Hou Lifan və Sergey Karyakinlə xalları yarıya bölüb. Nəticədə hesabına dünən olduğu kimi 2 xal yazdıran şahmatçımız yalnız Vladislav Artemyevdən (5,5 xal) geri qalır.

Qeyd edək ki, sabah rapiddə mübarizəyə yekun vurulacaq. İyulun 1-2-də blitsdə ən güclülər bəlli olacaq./idmanbiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
6
bakivaxti.az

10Mənbələr